Əsas məzmuna keç

“Sabah” qapıçısının gələcəyi ilə bağlı yekun qərarını açıqladı

“Sabah” qapıçısı Stas Pokatilovla bağlı qərarını qətiləşdirib.

Tezadlar.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu 33 yaşlı qolkiperi növbəti mövsüm də heyətində saxlamağı planlaşdırır.

Bununla əlaqədar olaraq klubla anlaşması yaya qədər olan Qazaxıstan millisinin üzvünə yeni 1 illik müqavilə təklif olunub.

Lakin Misli Premyer Liqasının lideri bununla kifayətlənməyərək, yeni qapıçı transferinə çalışacaq. Buna səbəb Pokatilovun vacib oyunlarda kobud səhvlərlə diqqət çəkməsidir.

Baş məşqçinin istəyinə əsasən rəhbərlik daha bir qolkiper transferinə çalışır. Bakılılar Pokatilovla rəqabət apara biləcək bir qapıçını heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Stas Pokatilov ötən ilin əvvəlindən “Sabah”ın formasını geyinir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…