Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Azərbaycanın son çempionu “Qarabağ” komandasında ciddi kadr dəyişikliyi gözlənilir. Bir neçə gün əvvəl baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilən millimizin üzvü Elvin Cəfərquliyevlə bağlı klub rəhbərliyi qəti qərarını verib.
Məlumata görə, Ağdam təmsilçisi 25 yaşlı müdafiəçini yay transfer pəncərəsində satmağa hazırdır. Artıq klub tərəfindən həm futbolçunun özünə, həm də menecerlərə bu barədə rəsmi məlumat verilib.
Xatırladaq ki, Elvin Cəfərquliyev komanda yoldaşı Abbas Hüseynovla birlikdə intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılmışdılar. Görünən odur ki, “Qarabağ” rəhbərliyi Elvinlə yollarını birdəfəlik ayırmaq niyyətindədir.
Klub intizamı hər şeydən üstün tutan Qurban Qurbanovun bu gedişi, komanda daxilində qayda-qanunun qorunması istiqamətində atılan növbəti sərt addım kimi qiymətləndirilir. Cari mövsümün sonunda Elvinin başqa bir kluba transferi rəsmiləşə bilər.
Səbinə Bağırova