Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Aprel 2026 / 07:26

Meydanda telefon zəngi həyəcanı: Federasiya hakimə nə göstəriş verdi?

Niderland kubokunun finalında maraqlı hadisə baş verib.

Tezadlar.az xəbər verir ki, “AZ Alkmaar” – “NEC Nijmegen” matçının baş hakimi Denni Makkelie oyunun gedişində qəfildən fiti çalaraq oyunu dayandırıb və meydanın kənarına yollanaraq telefon zənginə cavab verib.

Təcrübəli referinin bu hərəkəti həm tribunadakı azarkeşləri, həm də ekran başındakı izləyiciləri təəccübləndirib. Hadisənin pərdəarxası məqamları isə matçdan bir neçə saat sonra bəlli olub.

Bildirilib ki, bu addım təhlükəsizlik səbəbindən atılıb. Belə ki, tribunadan meydana atılan pirotexniki vasitələrə görə federasiya rəsmiləri hakimə təcili təlimat veriblər.

Qeyd edək ki, “AZ Alkmaar” rəqibini 5:1 hesabı ilə məğlub edərək kubokun qalibi olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!