Əsas məzmuna keç

Ceyms Tavernye müqavilə müddəti başa çatdıqdan sonra komanda ilə vidalaşacaq

İngiltərəli futbolçu Ceyms Tavernye 11 ildən sonra Şotlandiyanın “Reyncers” klubundan ayrılacaq.

Tezadlar.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında yazıb.

Kapitan müqaviləsinin müddəti bitəndən sonra klubla vidalaşacaq. O, bu qərarı qəbul etməyin çətin olduğunu yazıb.

Xatırladaq ki, sağ cinah müdafiəçisi “Reyncers”də 562 oyunda 144 qol və 148 məhsuldar ötürmə ilə yadda qalıb. C.Tavernye 2015-ci ildən bu komandanın formasını geyinir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…