Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, “Qarabağ” Futbol Klubu Azərbaycanın Milli Qəhrəmanı, klubun keçmiş baş məşqçisi Allahverdi Bağırovun xatirəsini xüsusi jestlə yad edib.
Ağdam təmsilçisi meydana üzərində əfsanəvi komandirin təsviri və “Qarabağın ruhunda, Bağırovun izi var!” şüarı əks olunmuş xüsusi formalarla çıxıb. Klubun rəsmi sosial media hesablarında paylaşılan bu görüntülər qısa zamanda minlərlə azarkeşin rəğbətini qazanıb.
Xatırladaq ki, Allahverdi Bağırov təkcə döyüş meydanında göstərdiyi şücaətlərlə deyil, həm də “Qarabağ” klubunun tarixində silinməz iz qoyan şəxsiyyətlərdən biridir. O, Birinci Qarabağ müharibəsi zamanı həm vətənin müdafiəsində dayanıb, həm də klubun çətin günlərində ona rəhbərlik edib.
Klubun bu addımı “Qarabağ”ın təkcə bir futbol komandası deyil, həm də böyük bir tarixin və ruhun daşıyıcısı olduğunu bir daha nümayiş etdirib. Formaların üzərindəki 80 rəqəmi və Qəhrəmanın portreti azarkeşlər tərəfindən “keçmişə hörmət, gələcəyə inam” rəmzi kimi qiymətləndirilib.
Səbinə Bağırova


