Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, “Qarabağ”ın heyətindən kənarlaşdırılan müdafiəçi Elvin Cəfərquliyev sosial şəbəkə hesabındakı son paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Ağdam klubunun Azərbaycan Kubokunun yarımfinalında “Sabah”a 1:2 hesablı məğlubiyyətindən (ümumi hesab 3:4) dərhal sonra futbolçunun idman zalından paylaşdığı foto azarkeşlər arasında narazılıq və geniş müzakirələrə yol açıb.
Xatırladaq ki, bir neçə gün öncə baş məşqçi Qurban Qurbanovun qərarı ilə Elvin Cəfərquliyev və Abbas Hüseynov nizam-intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılaraq əvəzedici komandaya göndəriliblər.
Komandanın həlledici oyunda məğlub olaraq kubokla vidalaşdığı bir vaxtda futbolçunun belə bir paylaşım etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bir çox azarkeş Elvinin bu addımını komandanın uğursuzluğuna qarşı laqeydlik kimi qiymətləndirib və kəskin şərhlər yazıblar.
“Elvin, niyə belə iş açdın başına?” — deyə izləyicilərdən biri futbolçunun paylaşımına reaksiya verib.
Hazırda futbolçunun əsas komandaya nə vaxt qaytarılacağı və ya klub tərəfindən əlavə sanksiya tətbiq edilib-edilməyəcəyi barədə rəsmi məlumat yoxdur.
Səbinə Bağırova
