Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Real”ın futbolçusu Arda Güler sıradan çıxıb.
Tezadlar.az xəbər verir ki, türkiyəli hücumameyilli yarımmüdafiəçi zədələnib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Arda ayaq əzələsindən zədə alıb. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi mövsümün qalan hissəsində Madrid təmsilçisinə kömək edə bilməyəcək.
Türkiyə millisinin üzvü iyunda start götürəcək dünya çempionatına qədər hazır olacaq.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real”ın heyətində meydana çıxdığı 50 rəsmi matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.