23 Aprel 2026 / 23:16

Mavriki hakimiyyəti Londona iyul ayının sonunadək vaxt tanıyıb

Mavriki Çaqos arxipelaqının Afrika dövlətinin yurisdiksiyasına verilməsinə dair Böyük Britaniya ilə razılaşmanın başa çatdırılmasını iyulun sonunadək gözləməyə hazırdır.

Tezadlar.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Mavrikinin Baş prokuroru Qevin Qlover bildirib.

Qeyd olunub ki, Britaniya nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın etirazları səbəbindən sövdələşmə dayandırıldıqdan sonra ilk dəfə Mavrikinin Baş naziri Navin Ramqulam ilə görüş keçirib.

Razılaşma Dieqo-Qarsiya adasındakı birgə ABŞ-Britaniya hərbi bazasından istifadə hüququ saxlanılmaqla, Çaqos üzərində suverenliyin Mavrikiyə verilməsini nəzərdə tutur.

Qloverin sözlərinə görə, ABŞ hökumətinin sövdələşmənin irəliləməsi üçün lazımi razılığı verib-verməyəcəyi ilə bağlı ölkədə aydınlıq yoxdur.

“Biz onlara iyulun sonunadək vaxt verəcəyik. O vaxta qədər gözləyəcəyik, daha sonra isə Mavriki hökuməti Böyük Britaniyadakı vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq sonrakı addımları müəyyənləşdirməli olacaq”, – o qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!