Əsas məzmuna keç

Tehran hava limanında beynəlxalq aviareyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanında beynəlxalq uçuşlar bərpa olunub.

Tezadlar.az xəbər verir ki, İran mediasının xəbərinə görə, artıq bu gündən hava limanında beynəlxalq uçuşlara başlanılıb.

Bildirilib ki, Mədinə, Məsqət və İstanbula ilk reyslər baş tutub.

Qeyd edək ki, bundan əvvəl hava limanında ölkədaxili uçuşlar həyata keçirilirdi.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…