Əsas məzmuna keç

Rusiya və Pakistan xarici işlər nazirləri arasında Körfəzdəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb

Rusiya xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı aparıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Tərəflər Fars körfəzi regionunda yaranmış vəziyyəti və İran-ABŞ danışıqları fonunda baş verən prosesləri müzakirə ediblər.

Lavrov Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirib və bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib.

Danışıq zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri də müzakirə olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…