28 Aprel 2026 / 16:42

Bakıda ali təhsil ocağı yanır – tələbələr təxliyə edilir

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın başlayıb.

Tezadlar.az  yerli mediaya istinadən xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın olub. Məlumsts görə, tələbələr universitetdən təxliyə edilirlər.

Universitetin mətbuat xidməti Nicat Abdullayev faktı təsdiqləyib.

“Bəli universitetin bir hissəsində yanğın baş verib. Hadisə yanğınsöndürənlərin tam nəzarətindədir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Tələbələrdən xəsarət alan yoxdur. Yanğın söndürüləndən sonra hadisənin hansı səbəbdən baş verdiyi araşdırılacaq”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!