29 Aprel 2026 / 19:30

Braziliyada məşhur ifaçı silahlı hücuma məruz qalıb

Braziliyada tanınmış ifaçı Anderson Neiff konsertdən sonra silahlı hücuma məruz qalıb.

Tezadlar.az xəbər verir ki, hadisə aprelin 26-da São Paulo şəhərində qeydə alınıb. Məlumata görə, çıxışdan sonra musiqiçilərin olduğu furqon üç motosikletli şəxs tərəfindən təqib edilib. Nəqliyyat vasitəsi tıxacda dayandığı anda hücum edənlər avtomobilə bir neçə dəfə atəş açıblar.

Açılan atəş nəticəsində qəlpələr 24 yaşlı müğənnini yaralayıb. O, dərhal xəstəxanaya çatdırılıb, əməliyyat olunub və elə həmin gün evə buraxılıb.

Hadisəni xatırlayan sənətçi bildirib ki, üçüncü atəşdən sonra güllə ona dəyib və zərbənin təsirini çox güclü hiss edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!