29 Aprel 2026 / 20:45

Qəza nəticəsində bir neçə nəfər xəstəxanaya yerləşdirilib

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Tezadlar.az ın Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” və “Vita” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri – 1959-cu il təvəllüdlü Mülkiyə Bilal qızı Rüstəmova, Famil Alış oğlu Abdulov (1970), Sirac Niyaməddin oğlu Qəhrəmanov (1993), İlkanə Qəhrəman qızı Qəhrəmanova (1998) və Mehdi Nurəddin oğlu Qəhrəmanov (2022) xəsarət alıblar.

Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!