Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyədə Antalya Böyükşəhər Bələdiyyəsini hədəf alan yeni əməliyyat gerçəkləşdirilib.
Biri İstanbul Baş Prokurorluğu, digəri isə Antalya Baş Prokurorluğu tərəfindən aparılan iki ayrı araşdırma başladılıb.
Tezadlar.az Türkiyə mediasına istinadən xəbər verir ki, aralarında Antalya Böyükşəhər Bələdiyyəsinin meri vəzifəsindən uzaqlaşdırılan Muhittin Böcekin gəlini Zuhal Böcekin də olduğu çoxsaylı şəxs üçün həbs qərarı verilib.

İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) hədəf alan korrupsiya istintaqının bir hissəsi olaraq, Antalya Böyükşəhər Bələdiyyəsinin meri vəzifəsindən uzaqlaşdırılan Muhittin Böcekin gəlini Zuhal Böcek də daxil olmaqla iki şübhəli nəzarətə alınıb, bir şübhəlinin tutulması istiqamətində səylər davam edir.
İstanbul Baş Prokurorluğu tərəfindən İBB-ə qarşı “cinayətkar təşkilatın lideri olmaq”, “cinayətkar təşkilatın üzvü olmaq”, “hədə-qorxu ilə tələb etmək”, “rüşvətxorluq”, “ağırlaşdırıcı dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender saxtakarlığı” ittihamları ilə aparılan korrupsiya istintaqı davam edir.
İstintaq çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsinin meri vəzifəsindən uzaqlaşdırılan Muhittin Böçəkin gəlini Zuhal Böçək də daxil olmaqla 3 şübhəli haqqında həbs qərarı verilib.
Xatırladaq ki, ötən il Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek barədə Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) bələdiyyələri ilə bağlı korrupsiyaya dair aparılan araşdırmalar çərçivəsində həbs qərarı verilmişdi.
Qeyd edək ki, daha öncə onun gəlini Zuhal Böcek mətbuat açıqlamasında özünü və ailəsini günahkar bilməmişdi.
JASMİN