Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ekspert: “Mübariz Əliyev nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”
Milli Onkologiya Mərkəzində partlayış törədən şəxsin müharibə iştirakçısı olması ilə bağlı yayılan xəbərlər doğru deyil.
Tezadlar.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb. Ekspertin sözlərinə görə, Mübariz Əliyev nə müharibə iştirakçısı, nə də müharibə əlilidir: “1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevin ictimaiyyətə müharibə qazisi kimi təqdim olunduğunu gördüm. Kiçik bir araşdırma apardım. Məlum oldu ki, işğaldan azad edilən rayonların birində anadan olan Mübariz Əliyev 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub. Səfərbərlik zamanı isə orduya çağırılmayıb. Mübariz nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” – Ə.Verdiyev yazıb.
Qeyd edək ki, onkoloji xəstə kimi qeydiyyatda olan Mübariz Əliyev partlayış zamanı ölüb, Onkologiya Mərkəzinin həkimi Asif Nəsirov isə ağır xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb.