Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sosial şəbəkələrdə aprelin 30-u Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, həkimlərin səyinə baxmayaraq, A.Nəsirli bu gün dünyasını dəyişib.
Tezadlar.az xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluqdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır”.
Qeyd edək ki, bir müddət öncə sosial mediada partlayışda yaralanan həkimin dünyasını dəyişdiyi barədə məlumat yayılıb.