1 May 2026 / 17:19

Məhkəmə bu “jurnalistlər” barəsində həbs qətimkan tədbiri barədə qərarı verdi

Bir neçə şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə həbs edilən, özünü bloger-jurnalist kimi təqdim edən İlhami Nəsibov və digərlərinin cinayət işi üzə məhkəmənin hazırlıq iclası keçirilib.

Tezadlar.az  xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, iş üzrə həbsdə olan İlhami Nəsibovdan başqa “Kanal 21” “YouTube” səhifəsinin rəhbəri Fərhad Quliyev, “bakuxəbər.az” saytının rəhbəri Zamiq Quliyev, özlərini jurnalist kimi təqdim edən İlqar Əliyev, Rəhman Ələsgərov da ittiham olunur.

Prosesdə onların barəsində də həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul olunub. Onlar məhkəmə zalında həbs edilib.

Məhkəmənin baxış iclası mayın 7-nə təyin olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.

 

apa

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!