1 May 2026 / 18:55

Dudayevin xatirə lövhəsi oğurlandı, amma…

Çeçenistan İçkeriya Respublikasının ilk prezidenti Cövhər Dudayevin xatirə lövhəsini oğurlamaqda şübhəli bilinənlər Ukraynada saxlanılıb.

Tezadlar.az bildirir ki, bu barədə “Strana.ua” nəşri rəsmi Telegram kanalında məlumat verib.

Şübhəlilər Lvovda saxlanılıblar. Onların Nikolayev vilayətinin üç 18 yaşlı sakini olduğu müəyyən edilib. Onlar oğurluq ittihamı ilə səkkiz ilə qədər həbs cəzası ilə üzləşirlər.

Qeyd edək ki, xatirə lövhəsi bir həftə əvvəl Lvov mərkəzindəki bir binaya quraşdırılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!