Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çinin cənubundakı Hunan əyalətində fişəng fabrikində baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, Xinhua agentliyinin məlumatına görə, partlayış dünən axşam saatlarında əyalətin paytaxtı Çanşa şəhərinin Liuyanq qraflığında fişəng fabrikində baş verib.
Yerli Fövqəladə Halların İdarə Edilməsi Bürosu partlayış nəticəsində 21 işçinin öldüyünü və 61 işçinin yaralandığını açıqlayıb.
Əraziyə yanğınsöndürmə və təcili yardım qrupları göndərilib və axtarış-xilasetmə əməliyyatları davam edir.
E.ŞİRİNOV