5 May 2026 / 13:35

Şəxsi evini gey-klub edən qadını polis saxlayıb – VİDEO

Bişkekdə Mendeleyev küçəsindəki evin sahibi saxlanılıb. Qonşuların gecə səs-küyü ilə bağlı şikayətlərindən sonra  polis yoxlama aparıb.

Tezadlar.az  xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i Oktyabrski Rayon Daxili İşlər Departamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hələ yanvar ayında hüquq-mühafizə orqanları yalnız əvvəlcədən ödənişlə girməyə icazə verilən özəl gecə klubunun aşkarlanması barədə məlumat veribmiş. Müəssisənin yeri isə vaxtaşırı dəyişirmiş.

Bişkek Baş Daxili İşlər Departamenti daha əvvəl qanunsuz özəl klubun bağlandığını və bir neçə nəfərin pornoqrafiya yaymaqda ittiham olunduğunu açıqlayıb.

Mart ayının sonunda polis Mendeleyev küçəsindəki bir evdə davamlı şəkildə gecə səs-küyü ilə bağlı şikayət alıb.

Daha sonra evin sahibi də daxil olmaqla beş nəfər polis bölməsinə aparılıb. Lakin gecə əyləncələri dayanmayıb. Mayın 3-də başqa bir şikayət daxil olub.

https://www.youtube.com/watch?v=MlAaq0P0OdM

 

Y.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!