5 May 2026 / 19:30

İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti sahil yaxınlığında aşkarlandı

İstanbulda Kadıköy–Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin bərəsində itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.

Tezadlar.az xəbər verir ki, 44 yaşlı qadın may 2-si axşam Kadıköydə bərəyə minib.

 

Lakin Beşiktaşda düşdüyünə dair görüntü aşkar edilməyib. Onun çantası bərədə tapılıb.

Aidiyyəti qurumlar qadının tapılması üçün dənizdə axtarış əməliyyatı aparıb.

Axtarışlar nəticəsində Məxfurə Hüseynovanın cəsədi Haydarpaşa sahilləri yaxınlığında aşkar olunub. Meyit ekspertiza üçün tibbi ekspertizaya göndərilib. Hadisə ilə bağlı araşdırma davam edir.(APA)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!