5 May 2026 / 23:59

“Barselona” Entoni Qordonun transferi üçün hərəkətə keçib

“Barselona”nın idman direktoru Deko “Nyukasl”ın futbolçusu Entoni Qordonun agentləri ilə danışıqlara başlayıb.

Tezadlar.az xəbər verir ki, təxminən 60 milyon avro dəyəri olan futbolçu üçün “Bayern Münhen” də hərəkətə keçib və onun transferi üçün təzyiqləri artırır.

Bu barədə xarici KİV məlumat yayıb.

Qordonun “Nyukasl”la 2030-cu ilin yayına qədər müqaviləsi var.

O, cari mövsüm Çempionlar Liqasında 12 oyuna 10 qol vurmağı bacarıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!