6 May 2026 / 14:32

Hacıya bu cəza verildi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, H.Vəliyevə qarşı əmlakın məhv edilməsi ilə bağlı ittiham ləğv olunub. O, xuliqanlıqda (silah qismində əşyadan istifadə etməklə-maddə 221.3) təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Vəliyev bir il əvvəl həbs olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!