Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.
Tezadlar.az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.
Tənəffüs vaxtı 5 “q” sinifinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir – red.) məktəbin dəhlizində D. Əliyevin üzərinə bıçaqla hücum edib.
Bu zaman D. Əliyevin bacısı Y. Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.
Nəticədə Y. Əliyeva əlindən bıçaq xəsarəti alıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır.