12 May 2026 / 12:03

İNANILMAZ: Bu dəfə 233 saylı orta məktəbdə 5-ci sinif şagirdi əlinə bıçaq aldı…

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.

Tezadlar.az  “Teleqraf”a istinadla xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 “q” sinifinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir – red.) məktəbin dəhlizində D. Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D. Əliyevin bacısı Y. Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y. Əliyeva əlindən bıçaq xəsarəti alıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!