12 May 2026 / 14:12

Qaradağdakı yanğın Birmarket-in anbarına da zərər vurdu

Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib.

Tezadlar.az   xəbər verir ki, bu barədə şirkət özü bildirib.

Bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər.

“Komandamız əməliyyatların mümkün olan ən qısa zamanda bərpası üçün çalışır. Bütün yenilikləri sizinlə paylaşacağıq. Anlayışınız və səbriniz üçün təşəkkür edirik.” – Birmarket bəyan edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!