Əsas məzmuna keç

DİM-dən bir addım geri: magistraturaya qəbul imtahanı təkrar keçiriləcək!

 Tezadlar.az-ın srağagünkü məlumatında xəbər verildiyi kimi, DİM -in magistraturaya qəbul imtahanının II cəhd mərhələsində bir sıra iştirakçıların imtahana vaxtında çata bilməməsi ciddi narazılıq yaratmışdı… Redaksiyamıza müraciət edən Nicat Abdullayevin və Nəcməddin Quliyevin şikayəti yayımlandıqdan sonra DİM-in elektron poçtuna da göndərilmişdi… 
Nəhayət, bu gün DİM-dən məlumat aldıq ki, məsələ öyrənilib, təkrar imtahan keçiriləcək.
DİM rəhbərliyinə bu anlaşılan addıma görə, şikayətçilər adından təşəkkür edirik.
A.Məmmədli.
P.S.N.Abdullayevin şikayəti ilə bu linkdə tanış ola bilərsiniz:
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…