Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hindistan şəhər inkişafı sahəsində subsidiya verilməsi təcrübəsindən banklar üçün qəbulolunan layihələrin dəstəklənməsinə keçmək niyyətindədir.
Tezadlar.az xəbər verir ki, bunu Mənzil İnşaatı və Şəhər İnkişafı Korporasiyasının (HUDCO) sədri Sancay Kulşrestxa Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan “Maliyyə baxımından cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyələşdirməni necə cəlb edə bilər?” adlı panel müzakirəsində bildirib.
“Hindistan hökuməti şəhər yerli özünüidarəetmə orqanlarına maliyyə dəstəyi prinsiplərini dəyişməyə hazırlaşır. Ümumi subsidiyaların ayrılması əvəzinə konkret banklar üçün qəbulolunan layihələrin icrasına dəstək sistemi tətbiq ediləcək. Federal büdcə vəsaitləri bundan sonra yalnız ətraflı işlənib hazırlanmış layihə olduğu halda təqdim ediləcək. Bütün şəhər özünüidarəetmə orqanlarına şamil edilən 16-cı Maliyyə Komissiyasının proqramında əksini tapmış islahatlar əlavə stimul rolunu oynayır”, – S. Kulşrestxa qeyd edib.