Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2026 / 10:25

Külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

Bu barədə Tezadlar.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Qeyd olunub ki, Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!