1 İyun 2026 / 10:27

Zakir Həsənov Gürcüstanda səfərdədir

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 1-də Gürcüstana səfər edib.

Tezadlar.az xəbər verir ki, səfər çərçivəsində Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Çikovani ilə görüşəcək.

General-polkovnik Zakir Həsənovun Gürcüstanın Baş naziri İrakli Kobaxidze və digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.

Müdafiə Naziri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini və Gürcüstanın Qəhrəmanlar Meydanındakı memorialı ziyarət edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!