Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın Ayova ştatında məişət münaqişəsindən qaynaqlandığı güman edilən atışmada altı nəfər həyatını itirib.
Tezadlar.az xəbər verir ki, ABC News-un məlumatına görə, ştat polisi Maskatində iki evdə və bir iş yerində baş verən atışmalarla bağlı açıqlama yayıb.
Polis bildirib ki, Ryan Willis McFarland kimi tanınan şübhəli əvvəlcə şəhərdəki bir evdə dörd nəfəri öldürüb, sonra Missisipi çayı boyunca bir cığıra çıxıb.
İstintaq aparan polis daha iki qurban tapıb və biri başqa evdə, digəri isə yaxınlıqdakı bir iş yerində daha iki nəfərin cəsədini aşkar edib.
Muskatin Polis Departamenti də hücumlarla bağlı açıqlama yayıb və bildirib ki, “İlkin tapıntılar atışmaların məişət münaqişəsindən qaynaqlandığını göstərir. Bütün qurbanların mərhum şübhəlinin ailə üzvləri olduğuna inanılır”.
Açıqlamada əlavə edilib ki, qətllərlə bağlı istintaq davam edir və şübhəli çay kənarında intihar edib.
E.ŞİRİNOV