Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyada 12 il əvvəl törədilən qətlin üstü siqaret kötüyü sayəsində açılıb.
Tezadlar.az xəbər verir ki, hüquq-mühafizə orqanları Çita vilayəti sakininin 12 il əvvəl törədilmiş qətldə əli olmaqda şübhəli bilirlər. Şübhəli şəxs hazırda başqa bir cinayətə görə cəza çəkir.
Qeyd olunur ki, 2014-cü ilin noyabrında Stansionno-Oyaşinski qəsəbəsi yaxınlığındakı meşə massivində avtomobil və yaxınlıqda sürücünün zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs tanışı ilə birlikdə Novosibirskdən Çitaya getmək istəyib və fərdi taksi xidmətindən istifadə edib. Sərnişinlər yolda 51 yaşlı sürücüyə bir neçə dəfə bıçaq zərbəsi endirib, daha sonra meyiti gizlədiblər.
2026-cı ildə İrkutsk vilayətindəki islah müəssisəsində cəza çəkən məhkumlardan birinə genom ekspertizası aparılıb. Nəticələr onun genomunun 2014-cü ildə cinayət yerindən götürülən nümunə ilə uyğunluq təşkil etdiyini göstərib.
Bundan sonra cinayət işi üzrə istintaq yenidən bərpa olunub və şübhəli şəxs istintaq hərəkətlərinin aparılması üçün Novosibirskə gətirilib.
Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildirilib ki, taksi sürücüsünün ehtimal olunan qatilini cinayət yerində qalmış bioloji izlər sayəsində müəyyən etmək mümkün olub.
Hadisə yerində tapılan siqaret kötüyü üzərindəki bioloji nümunələr istintaqa mühüm ipucu verib.
Qeyd olunur ki, hadisədə iştirak etdiyi ehtimal edilən ikinci şəxsin yerinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.