Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2026 / 12:32

DGK ƏMƏKDAŞLARI BMT-NİN TƏŞKİL ETDİYİ TƏLİMDƏ İŞTİRAK EDİBLƏR

Dövlət Gömrük Komitəsinin əməkdaşları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Qazaxıstanın Kurık Dəniz Limanında Azərbaycan, Qazaxıstan, Tacikistan və Türkmənistanın liman nəzarət qrupları üçün keçirilən praktiki təlimdə iştirak ediblər.

Tezadlar.az xəbər verir ki, təlim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının birgə layihəsi olan Sərnişin və Yüklərə Nəzarət Proqramı (PCCP) çərçivəsində təşkil olunub.

Praktiki təlimin məqsədi dəniz konteynerlərindən müxtəlif qanunsuz malların daşınması və digər mütəşəkkil cinayətkarlıq fəaliyyətlərinin qarşısının alınması, risklərin minimuma endirilməsi sahəsində biliklərin və təcrübi bacarıqların artırılmasıdır.

Təlim zamanı dəniz limanlarında həyata keçirilən logistika, gömrük və digər fəaliyyətlərlə tanışlıqla yanaşı, mal-müşayiət sənədlərinin təhlili əsasında risk indikatorlarının müəyyən edilməsi və gəminin müxtəlif bölmələrinə gömrük nəzarət üzrə praktiki məşğələlər  keçirilib.

Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə ÜGT-nin eksperti arasında görüş keçirilib, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!