Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Udmurtiyanın (Rusiya) Sarapul rayonunda iki minik avtomobili toqquşub, nəticədə beş nəfər ölüb.
Tezadlar.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region üzrə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, daha beş nəfər xəstəxanaya yerləşdirilib.
Qurumun məlumatına görə, “Ford Focus” markalı avtomobilin sürücüsü əks hərəkət zolağına çıxaraq “Kia Spectra” markalı avtomobillə toqquşub.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə şəraiti və səbəbləri müəyyənləşdirilir.