Əsas məzmuna keç

Udmurtiyada yol qəzası nəticəsində beş nəfər ölüb, beş nəfər yaralanıb

Udmurtiyanın (Rusiya) Sarapul rayonunda iki minik avtomobili toqquşub, nəticədə beş nəfər ölüb.

Tezadlar.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region üzrə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, daha beş nəfər xəstəxanaya yerləşdirilib.

Qurumun məlumatına görə, “Ford Focus” markalı avtomobilin sürücüsü əks hərəkət zolağına çıxaraq “Kia Spectra” markalı avtomobillə toqquşub.

Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə şəraiti və səbəbləri müəyyənləşdirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…