Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2026 / 15:47

Moped və skuter sürücülərini avtomobil sürücüləri ilə eyni məbləğdə cərimə gözləyir

Qırğızıstanda moped və skuter sürücüləri tam hüquqlu yol istifadəçiləri kimi qəbul ediləcəklər.

Ölkədə bu cür nəqliyyat vasitələrini idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.

Bu barədə QR Baş Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin Yol Patrul Xidməti və Yol Təcrübəsi şöbəsinin rəisi Nurlan Niyazbəyov məlumat verib.

Onun sözlərinə görə, moped və skuter sahibləri də avtomobil sürücüləri kimi yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət daşıyacaqlar.

Xüsusilə, qayda pozanlar səkilərdə hərəkət etdiklərinə görə 5500 som (təqribən 105 AZN)  cərimə gözləyir.

Eyni qayda pozuntusuna görə avtomobil sürücülərinə də eyni cərimə tətbiq olunur.

Baş Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi qeyd edib ki, yeni tədbirlər yol təhlükəsizliyinin yaxşılaşdırılmasına və son illərdə sayı xeyli artan moped və skuterlərin istifadəsinin tənzimlənməsinə yönəlib.

Qeyd edək ki,  Azərbaycanda da martın 26-dan moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunmağa başlayıb.
Həmçinin mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat, qeydiyyatına görə 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsinə görə 15 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə 40 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə 20 manat, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi, eyni zamanda qeydiyyat şəhadətnaməsinin verilməsi üçün ayrı-ayrılıqda 30 manat rüsum müəyyən edilir.

Ölkəmizdə moped sürücülərini aşağıdakı hallarda gözləyən cərimələr isə belədir:

1. Sürücülük vəsiqəsi olmadan idarəetməyə görə 200.00 AZN cərimə (Maddə 332.2).
2. Qeydiyyatdan keçməmiş nəqliyyat vasitəsinin idarə edilməsinə görə 50.00 AZN cərimə (Maddə 339.1).
3. Qeydiyyat nişanı olmadan və ya saxta nişanla idarəetməyə görə 100.00 AZN cərimə (Maddə 342.7) (əgər sarı nömrə qanuni deyilsə və ya yoxdursa).
4. İcbari sığortasız nəqliyyat vasitəsinin idarə edilməsinə görə 50.00 AZN cərimə (Maddə 469.3).
5. Vaxtında texniki baxışdan keçmədən idarəetməyə görə 50.00 AZN cərimə (Maddə 339.1-1).
6. Motosikletdə dəbilqəsiz hərəkətə görə 40.00 AZN cərimə (Maddə 329.2).

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!