14 İyun 2026 / 14:27

ABŞ və İran arasında virtual sülh razılaşmasında Vens və Qalibaf iştirak edəcək ki…

ABŞ və İran nümayəndə heyətləri arasında sülh razılaşmasının imzalanması məqsədilə virtual görüşün keçirilməsi planlaşdırılır. Tezadlar.az xatırladır ki, “Al Hadath” telekanalı mənbələrə istinadən belə bir məlumat yayıb. Məlumata görə, görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın iştirak edəcəyi gözlənilir. Danışıqlarda vasitəçilərin də yer alacağı bildirilir. Telekanalın iddiasına əsasən, tərəflər mümkün sülh sazişinin mətnini virtual formatda imzalamağı nəzərdən keçirirlər. Müzakirələr zamanı Hörmüz boğazında gəmiçiliyin bərpası və bölgədə gərginliyin azaldılması məsələlərinin də gündəmdə olduğu qeyd edilir.  Lakin nə Vaşinqton, nə də Tehran bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyib. İran rəsmiləri daha əvvəl ABŞ-la danışıqların davam etdiyini bildirsələr də, yekun razılaşmanın əldə olunmadığını vurğulayıblar.

İran rəhbərliyi isə hələki özünü laqeyd aparır…

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!