Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ və İran nümayəndə heyətləri arasında sülh razılaşmasının imzalanması məqsədilə virtual görüşün keçirilməsi planlaşdırılır. Tezadlar.az xatırladır ki, “Al Hadath” telekanalı mənbələrə istinadən belə bir məlumat yayıb. Məlumata görə, görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın iştirak edəcəyi gözlənilir. Danışıqlarda vasitəçilərin də yer alacağı bildirilir. Telekanalın iddiasına əsasən, tərəflər mümkün sülh sazişinin mətnini virtual formatda imzalamağı nəzərdən keçirirlər. Müzakirələr zamanı Hörmüz boğazında gəmiçiliyin bərpası və bölgədə gərginliyin azaldılması məsələlərinin də gündəmdə olduğu qeyd edilir. Lakin nə Vaşinqton, nə də Tehran bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyib. İran rəsmiləri daha əvvəl ABŞ-la danışıqların davam etdiyini bildirsələr də, yekun razılaşmanın əldə olunmadığını vurğulayıblar.
İran rəhbərliyi isə hələki özünü laqeyd aparır…
Səbuhi