Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2026 / 07:16

Los-Ancelesdə böyük yanğın baş verib, sakinlərə xəbərdarlıq edilib

Los-Ancelesdə anbarda böyük yanğın baş verib, şəhər hakimiyyəti yerli sakinləri qapalı məkanlara sığınmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə şəhər administrasiyasına istinadən “ABC” televiziyası məlumat yayıb.

Məlumata görə, çərşənbə günü gündüz saatlarında Boyl-Hayts rayonundakı kommersiya binasında günəş panellərində yanğın baş verib. Səmaya bir neçə kilometr məsafədən görünən qatı qara tüstü qalxıb.

Şəhər hakimiyyəti sakinlərə pəncərə və qapıları bağlamağı və küçəyə çıxmamağı tövsiyə edib.

Yanğının söndürülməsinə iki helikopter cəlb olunub. Los-Anceles polisi taktiki həyəcan vəziyyətinə keçirilib. Zərərçəkənlər barədə məlumat verilməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!