Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Los-Ancelesdə anbarda böyük yanğın baş verib, şəhər hakimiyyəti yerli sakinləri qapalı məkanlara sığınmağa çağırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə şəhər administrasiyasına istinadən “ABC” televiziyası məlumat yayıb.
Məlumata görə, çərşənbə günü gündüz saatlarında Boyl-Hayts rayonundakı kommersiya binasında günəş panellərində yanğın baş verib. Səmaya bir neçə kilometr məsafədən görünən qatı qara tüstü qalxıb.
Şəhər hakimiyyəti sakinlərə pəncərə və qapıları bağlamağı və küçəyə çıxmamağı tövsiyə edib.
Yanğının söndürülməsinə iki helikopter cəlb olunub. Los-Anceles polisi taktiki həyəcan vəziyyətinə keçirilib. Zərərçəkənlər barədə məlumat verilməyib.