Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov “Facebook”da məlumat yayıb. Nəsirov bildirilib ki, bu gün səhər saatlarında Albatros Corporation şirkətinə məxsus “ATA-2” quru yük gəmisinə Odessa limanı yaxınlığında üç PUA hücum edib. Məlumata görə, gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir. Ekipaj 13 nəfərdən ibarətdir, onlardan 12-nin Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu qeyd edilib. İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.