Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyul 2026 / 17:25

Azərbaycanlı dənizçilərin olduğu gəmi Odessa sahillərində PUA hücumuna məruz qalıb

Bu gün Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov “Facebook”da məlumat yayıb. Nəsirov bildirilib ki, bu gün səhər saatlarında Albatros Corporation şirkətinə məxsus “ATA-2” quru yük gəmisinə Odessa limanı yaxınlığında üç PUA hücum edib. Məlumata görə, gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir. Ekipaj 13 nəfərdən ibarətdir, onlardan 12-nin Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu qeyd edilib. İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!