Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün İmişlidə 5 yaşlı uşağı traktor vurub.
Tezadlar.az xəbər verir ki, hadisə İmişli rayonunun Rəsullu kəndi ərazisində baş verib.
Məlumata görə, Mustafayev Məhəddin İnsaf oğlunun idarə etdiyi “T-428” markalı traktor hərəkətdə olarkən yolda velosiped sürən 2021-ci il təvəllüdlü Xəlilzadə Ömər Rəşid oğlunu vurub.
Nəticədə azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.