Əsas məzmuna keç

Traktor velosiped sürən azyaşlını vurub öldürüb

Ötən gün İmişlidə 5 yaşlı uşağı traktor vurub.

Tezadlar.az xəbər verir ki, hadisə İmişli rayonunun Rəsullu kəndi ərazisində baş verib.

Məlumata görə, Mustafayev Məhəddin İnsaf oğlunun idarə etdiyi “T-428” markalı traktor hərəkətdə olarkən yolda velosiped sürən 2021-ci il təvəllüdlü Xəlilzadə Ömər Rəşid oğlunu vurub.

Nəticədə azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…