Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 181 min dekalitr viski istehsal edilib.
Tezadlar.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 % azdır.
Avqustun 1-nə ölkədə 397 min dekalitr hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 25,8 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 598,1 milyon manatlıq içki məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 0,1 % azdır.







