Kremlin sözçüsü Dmitri Peskov Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin dünən Moskvaya gəldiyini bildirib və əlavə edib ki, “kəşfiyyat xidmətləri arasında əlaqələr yaranıb”.
Tezadlar.az xəbər verir ki, Peskov bu sözləri Moskvada jurnalistlərə cari hadisələri şərh edərkən deyib.
Retkliffin dünən Moskvaya gəlişini təsdiqləyən Peskov deyib ki, “kəşfiyyat xidmətləri arasında əlaqələr yaranıb”.
O, bunu müsbət bir inkişaf kimi xarakterizə edib və Vladimir Putinin Retklifflə əlaqələr barədə məlumatlandırıldığını qeyd edib.
Peskov Ukraynanın uğursuzluğa düçar olduğunu və cəbhədəki vəziyyətin bunu nümayiş etdirdiyini bildirib.
Peskov əlavə edib ki, Kiyev hakimiyyəti çökməyə başlayır və “avropalıların bunu görməzdən gəlməsi böyük bir səhvdir”.
Ermənistanla bağlı Peskov ölkənin daxili siyasətində çətin proseslərdən keçdiyini bildirib, lakin bunların qanuna uyğun olaraq baş verəcəyinə ümid etdiyini bildirib.
ELBAR







