Əsas məzmuna keç

Zelenski Rusiyadakı 16 hədəfə zərbə endirildiyini bildirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun son 24 saat ərzində Rusiyadakı 16 hədəfə zərbə endirdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, sosial media hesablarında verdiyi açıqlamada Zelenski müharibənin maliyyələşdirilməsi üçün istifadə edilən Rusiyanın neft sektoruna qarşı uzun mənzilli raketlərlə hücumların həyata keçirildiyini bildirib.

Zelenski Ukraynaya qarşı hücumlarda istifadə edilən hava limanlarının, raket bölmələrinin və infrastrukturun da hədəfə alındığını qeyd edərək, hücumların Rusiyanın logistika fəaliyyətinə də təsir etdiyini əlavə edib.

Zelenski Ukraynanın Rusiya hücumlarına cavab verdiyini və bunu qaçılmaz olaraq müharibənin xərclərini artıran şəkildə etdiyini bildirib.

Zelenski Rusiyanın hücum potensialını azaltmağa davam etdiklərini iddia edib və dəqiq zərbələrinə görə Ukrayna əsgərlərinə təşəkkür edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…