Vəziyyət bu dəfə fərqli məcraya yönəlir: “Rusiya Britaniyanın “Storm Shadow” qanadlı raketlərinin istifadəsinə Ukraynada və ondan kənarda istənilən Britaniya hərbi hədəfinə zərbə endirməklə cavab verə bilər”. Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bu barədə danışıb və həm də deyib: “Rusiya hökumətinin bütün addımları, necə deyərlər, vahid bir məqsədə – ölkəmizə strateji məğlubiyyətə uğratmağa yönəlib. Bu, uğursuzluğa məhkumdur”.
Rusiya XİN sözçüsü, Britaniyanı münaqişəni “tamamilə yeni səviyyəyə qaldırma riski daşıyan düşmənçilik yanaşması”ndan əl çəkməyə çağırıb.
Xatırladaq ki, Böyük Britaniya Ukraynaya ən çox yardım edən ölkə kimi tanınır.
SƏBUHİ







