Xristian Demokrat İttifaqından (XDİ) olan alman siyasətçisi və Şimal-Qərb Meklenburq dairəsinin rəhbəri Tino Şomann partiyanın Saksoniya-Anhalt seçkilərindəki məğlubiyyətindən sonra Almaniya kansleri Fridrix Mertsi istefa verməyə çağırıb.
Tezadlar.az xəbər verir ki, o, bunu NDR-ə müsahibəsində bildirib.
Şomanna görə, məğlubiyyətə görə əsas məsuliyyət Berlinin üzərindədir və Mertsin seçki kampaniyasında təkan qazana bilmədiyini, qorxu yaratdığını və vədlərini pozduğunu bildirib.
“Bizə empatiya nümayiş etdirən, özünəinam oyadan və etibarlı biri lazımdır. O, buna qadir olmadığını göstərib. Məncə, o, bu vəzifəyə yararsızdır və nə ölkənin birləşməsinə, nə də problemlərini həll etməyə qadir deyil”, – deyə o bildirib.
Şomann kansler kimi fərqli bir liderə ehtiyac olduğunu vurğulayıb. O, həmçinin XDİ-nin federal rəhbərliyinin seçki məğlubiyyətindən sonra “oyanacağına” ümid etdiyini bildirib.
6 sentyabrda Almaniyanın sağçı partiyası olan Almaniya üçün Alternativ (AfD) Saksoniya-Anhalt əyalət parlament seçkilərində səslərin 43,8%-ni toplayaraq qalib gəlib.
Bundan sonra Merts “partiya sistemində tektonik dəyişiklik” elan etdi və xarici siyasət kursundan “bir millimetr də” sapmayacağını bildirib.
ELBAR







