Əsas məzmuna keç

NİİM-dən sürücülərə müraciət: Bu qaydalara əməl etmədikdə yol-nəqliyyat hadisəsi baş verəcək

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə növbəti dəfə müraciət ünvanlayıb.

Tezadlar.az xəbər verir ki, müraciətdə piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 3 qayda əks olunub.

Bunlar aşağıdakılardır:

Piyada keçidlərinə yaxınlaşdıqda keçidlərin olduğu nişanlara diqqət yetirilməlidir;

– Sürət həddi azaldılmalı, sərt əyləcdən istifadə edilməməlidir;

– Təhlükəsiz ara məsafəsi saxlanılmalıdır.

“Bu qaydalara əməl etmədikdə yol-nəqliyyat hadisəsi baş verəcək. Qəzaların baş verməməsi həm də sizdən asılıdır”, – deyə müraciətdə vurğulanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…